Türkiyədə prezident seçkiləri mayın 14-də keçirilə bilər
Türkiyədə prezident seçkiləri mayın 14-də keçirilə bilər.
Agsaqqallar.com xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiya Qrup Toplantısında çıxışı zamanı bildirib.
“1950-ci il mayın 14-də Menderes “Kifayətdir, söz millətindir” dedi. Millət 73 ildən sonra eyni gündə 6-lı masaya cavab verəcək”, – deyə o bildirib.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu ilin iyun ayında keçirilməli idi.