" />

AZAL Özbəkistanın Ürgənc şəhərinə reys açır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Özbəkistanın daha bir şəhərinə reyslər yerinə yetirməyə başlayır.

Bu barədə Agsaqqallar.com-a qurumdan bildirilib.

Məlumata görə, yanvarın 28-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Ürgənc-Bakı marşrutu üzrə həftədə bir dəfə – şənbə günləri reyslərin yerinə yetirilməsinə başlamağı planlaşdırır.

Qeyd edək ki, Ürgənc AZAL marşrut şəbəkəsində Özbəkistanın dördüncü şəhəri olacaq. Aviaşirkət həmçinin Bakıdan Daşkəndə (bazar ertəsi, çərşənbə, şənbə və bazar günləri), Səmərqəndə (çərşənbə axşamı və cümə günləri) və Fərqanəyə (cümə axşamı) uçuşlar həyata keçirir.

Aviabiletləri “Azərbaycan Hava Yolları”nın saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR