" />

TAİB-in Qadınlar Şurasının üzvü, tanınmış mədəniyyət işçisi Əminə Rəhimovanın “Göygöl rayonunun tarixi abidələri” adlı yeni kitabı işıq üzü görüb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in Qadınlar Şurasının üzvü, tanınmış mədəniyyət işçisi Əminə Rəhimovanın “Göygöl rayonunun tarixi abidələri” adlı yeni kitabı işıq üzü görüb

Bu barədə Agsaqqallar.com saytına açıqlama verən müəllif bildirib ki, milli irsimizə, tarixi abidələrə diqqət hər birimizin borcudur.

“Hamı bilir ki, işğal ərazilərimizdəki abidələr, milli irs nümunələrimiz ermənilər tərəfindən təcavüzə məruz qalıb. Kitabda ümummilli liderimiz Heydər Əliyevin qədim tariximizə, abidələrimizə olan qayğısından bəhs edən ön söz yazmışam. İstəyim odur ki, abidələrimiz qorunsun. Göygöl abidələrini cəmləşdirən kitabı çap etməyi vəzifə borcu saydım. Bildiyiniz kimi, bu rayon alman qəsəbəsi olub. Onun tarixi abidələrinə də toxunmuşam. Alban abidələri, özümüzün milli ornamentli türbələrimiz də var.
Hamısını cəmləmişəm bu kitabda. Milli, maddi-mədəni irsimizə hörmət vicdan borcumuzdur!”-deyə TAİB üzvü bildirib.

Qeyd edək ki, kitab 2023-cü il-Heydər Əliyev ilinə həsr olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR