" />

TAİB-in İdarə Heyətinin üzvü, Türk Araşdırmalar Mərkəzinin rəhbəri Kenan Çarboğa: “Xankəndi yolundakı aksiyanı izlədikcə Türk gəncliyilə qürur duyuruq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in İdarə Heyətinin üzvü, Türk Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış türk yazarı Kenan Çarboğa: “Xankəndi yolundakı aksiyanı izlədikcə Türk gəncliyilə qürur duyuruq”

“Bir aydır ki, bütün diqqətlər Laçın-Xankəndi yolundakı dinc aksiyaya yönəlib. Azərbaycanın Vətəndaş Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya bir daha xalqın mətinliyinin və dövlətin Vətəndaş Cəmiyyətinə verdiyi dəyərin təzahürüdür. Ermənilər öz oğru xislətləri ilə hər zaman təcavuzçü və terrorist mövqedə olublar. Hazıra qədər də Azərbaycan sərvətlərini talamaqda davam edirlər”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İdarə Heyətinin üzvü, Türk Araşdırmalar Mərkəzinin rəhbəri, MHP mənsubu, tanınmış yazar Kenan Çarboğa deyib.

O, bildirib ki, Şuşada keçən aksiyanı sosial şəbəkələrdən təqib edir. Gənclərin mübarizliyi, qətiyyəti, çovğuna baxmayaraq gecə-gündüz sülhməramlılara və ermənilərə meydan oxuması məxsusi qürur verir insana.

“Biz hər zaman Türk gəncliyi ilə qürur duymuşuq. TAİB-in gənclərinin aksiyada davamlı iştirakı türk millətinin yenilməzliyini göstərir. Biz bu cür gəncliklə daha böyük işlərə imza atırıq və atacağıq da. TAİB-in gənclərini alqışlayır, yollarına uğurlar diləyirəm. Uzaqda olsaq da bizim də ürəyimiz aksiya iştirakçılarıyla bir döyünür. Sizinləyik, qardaşlar! Ermənilər terrora son qoymalıdırlar! Xankəndi Azərbaycanın dədə-baba torpağıdır. Sərvəti də ona məxsusdur! Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”,-deyə TAİB üzvü vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR