“Bu gün biz dünyanın aparıcı mərkəzlərindən birinə çevrilmişik” – Ərdoğan

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türkiyənin yüzüncü ilinə atdığımız addımlarla güclü bir giriş edirik. Biz nəinki 20 il bundan əvvəl qarşıya qoyduğumuz hədəflərə çatmışıq, əksər sahələrdə onları ötmüşük. Müdafiə sənayesi bunun ən böyük nümunəsidir”.

Missiya.Az “haber7com”a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, “Türkiyə Yüzili” adi bir siyasi diskursdan daha çox, millətimizin çoxəsrlik arzularının simvoludur.

“Konseptləri öz dəyər dünyasına görə təyin edənlərin, qaydaları qoyanların və lazım olanda dəyişdirənlərin, bir sözlə, qlobal idarəetmə o cümlədən iqtisadi sistemə nəzarət edənlərin , eləcə də bizim üzərimizə qoyduğu ikili standartlar heç birimizi ruhdan salmasın”, – deyə Türkiyə lideri vurğulayıb.

Ərdoğan qeyd edib ki, biz sadəcə elm, istehsal, texnologiya bazarı idik: “Bu gün biz dünyanın aparıcı mərkəzlərindən birinə çevrilmişik. İnşallah sabah bütün bunların mənbəyi biz olacağıq. Onda arxayın olun, biz belə davranmayacağıq. Əlimizdə olan bütün resursları bütün bəşəriyyətin xidmətinə qoyan bir anlayışla hərəkət edəcəyik. Biz bunu epidemiya zamanı etdiklərimizlə, Rusiya-Ukrayna müharibəsinə münasibətimizlə və xüsusilə taxıl dəhlizində əldə etdiyimiz müsbət irəliləyişlərlə sübut etdik”, – deyə siyasətçi əlavə edib.

Daşqın Həsənov
Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR