APA-da ermənilərin ekoloji ziyanları danışıldı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyasının İqtisadiyyat Komitəsinin toplantısında çıxış edib.

Agsaqqallar.com xəbər verir ki, millət vəkili ölkəmizin iqtsadi işbirliyinə töhfələrdən, o cümlədən çoxtərəfli əməkdaşlığa verdiyi önəmdən, görülən real işlərdən danışıb.

Asiyada yaşanan və yaxın gələcəkdə gözlənilən içməli su prblemlərinə həsr olunmuş qətnamə layihəsi ilə bağlı müzakirələrdə çıxış edən Q.Paşayeva bildirib ki, mütəxəssislərin 2050-ci ildə Asiyada təqribən 1 milyard insanın susuzluqdan ciddi əziyyət çəkəcəyinə dair hesabatı AРA daxil olmaqla bütün regional və beynəlxalq qurumları, əlaqədar dövlətləri ciddi narahat etməlidir.

Q.Paşayeva Ermənistanın işğal illərində Sərsəng su anbarından Azərbaycanın bir sıra kənd təsərrüfatı rayonlarına, ümumən respublika iqtisadiyyatına qarşı necə qeyri-insani istifadə etməsi barədə faktları sadalayıb.

Mənbəyi Ermənistan ərazisində olan yaxud Ermənistandan keçərək Azərbaycana axan çayların Ermənistan tərəfindən zərərli tullantılarla çirkləndirilməsini beynəlxalq konvensiyalara zidd bədnam hadisə olaraq şərh edən Q.Paşayeva bildirib ki, belə hallara qarşı birlikdə mübarizə aparmaq lazımdır. O, Ermənistanın Azərbaycan iqtisadiyyatına vurduğu milyardlarla dollar həcmində ölçülən zərərlər barədə danışıb. Nümayəndə heyətinin rəhbəri beynəlxalq təşkilatların öz qətnamələrinin icrasına təkid etməməsinin acı fəsadları barədə danışaraq, AРA-nı bu kimi məsələlərə çox həssas yanaşmağa çağırıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR