Türkiyə yeni pilotsuz uçuş aparatını uğurla sınaqdan keçirib
Türkiyənin “Baykar” şirkəti “Bayraktar” şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatının sınaqlarını uğurla həyata keçirib.
Agsaqqallar.com bu barədə Türkiyə KİV-nə istinadən məlumat verir.
Qeyd edilib ki, şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatının (DİHA) 8000 fut əməliyyat hündürlüyündə uçuş sınaqları uğurla tamamlandı.
2019-cu ildə “Baykar” tərəfindən ilk dəfə elan edilən DİHA, kəşfiyyat və izləmə missiyaları üçün fəaliyyətlər həyata keçirə bilir.