Ərdoğan bu gün hökumətin iclasında qaz qovşağı layihəsini və Ukraynanı müzakirə edəcək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 9-da hökumətin iclasında Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi qaz qovşağı layihəsini, eləcə də Ankaranın Ukrayna münaqişəsinin həlli üçün diplomatik səylərini müzakirə edəcək.

Agsaqqallar.com xəbər verir ki, yanvarın 9-da Türkiyə liderinin Beştəpədəki iqamətgahında Nazirlər Kabinetinin ilin ilk iclası keçiriləcək.

İclasın əsas müzakirə mövzusu Türkiyənin sosial siyasəti, o cümlədən inflyasiya ilə mübarizə addımları olacaq.

Bundan başqa, iclasda ölkənin xarici siyasəti, enerji təhlükəsizliyi istiqamətinə atılan addımlar və digər məsələlər müzakirə olunacaq.

Toplantıda eləcə də terrorla mübarizə məsələləri, xarici siyasətdə baş verənlər, xüsusilə Ankaranın Ukraynadakı vəziyyətin nizamlanması üçün diplomatik səyləri müzakirə ediləcək.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR