Laçın-Xankəndi yolunda havaya üzərində “Stop ecocide!” yazılan şar qaldırılıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Laçın-Xankəndi yolunda təşkil edilən aksiya qarlı hava şəraitində dinc şəkildə davam edir.
Agsaqqallar.com bu dəfə etirazçılar plakatlarla yanaşı, havaya üstündə “Stop ecocide!” yazılan böyük şar qaldırıblar. Eyni zamanda, “Ekocinayətə son!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!” şüarları səsləndirilir.

Etirazçılar qeyd edirlər ki, aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmət göstərilməlidir. Onlar yüksək əhvali-ruhiyyədədirlər və vətənpərvər mövqedən çıxış edərək aksiyanı davam etdirməkdə qərarlıdırlar.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR