Tanınmış idmançı TAİB-in Gənclər Təşkilatında İdman Komitəsinin sədri oldu
Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafi İctimai Birliyi -TAİB-in sıraları hər gün daha böyüyür.
Agsaqqallar.com xəbər verir ki, ictimai birliyin tərkibində yaradılmış Gənclər Təşkilatında məxsusi fəallığı ilə seçilən gənclər cəmləşib, müxtəlif komitələr yaradılıb.
Yeni yaradılan İdman Komitəsinə isə Talıb Ramin oğlu Zeynalov sədrlik edəcək.
Talıb Zeynalov 23 avqust 2004-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində anadan olub. 15 sentyabr 2010- cu ildə 284 nömrəli tam orta məktəbin birinci sinifinə gedib. 2021-ci ildə 314 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirmişdir. 2021-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Regionşünaslıq (Amerika üzrə) ixtisasına qəbul olmuşdur. Hal-hazırda həmin universitetin tələbəsidir. 2019-cu ildən Azərbaycan Paraolimpiya Komitəsinin nəzarətində olan para-pauerliftinq (ağırlıq qaldırma) idman növü ilə məşğul olmuşdur. 14 noyabr 2019-cu il tarixində V Uşaq Paralimpiya oyunlarında iştirak edib. 105 kq çəki qaldıraraq, respublika üzrə yarışlarda rekord çəki qaldıraraq respublika çempionu olmuşdur.
2021-ci ildə VI Uşaq Paralimpiya oyunlarında iştirak etmişdir və 138 kq çəki qaldıraraq respublika üzrə rekord çəki qaldıraraq respublika çempionu olmuşdur. 2022-ci il 24 və 28 sentyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən Açıq Avropa çempionatında iştirak etmişdir. Gənclər arasında 2 dəfə rekord yeniləməsi edərək 4 qızıl medal sahibi olmuşdur. Hal-hazırda 6 qızıl medal sahibidir.
Talib Zeynalov TAİB-in Gənclər Təşkilatı İdarə Heyətinin qərarı ilə İdman Komitəsinin sədri təyin edilib. Tanınmış idmançı hal-hazırda Dünya çempionatına hazırlaşır.
Uğurlar diləyirik.