Özbəkistan “Bakı Limanı”nın imkanlarından birgə istifadə etmək niyyətindədir
Özbəkistan Baş nazirinin müavini – investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində “Ələt” azad iqtisadi zonasının (AİZ) və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.
Agsaqqallar.com APA-ya istinadən xəbər verir ki, danışıqlar zamanı limanın və AİZ-in resurslarından və imkanlarından birgə istifadəyə əsaslanan investisiya, nəqliyyat və logistika əməkdaşlığının qurulması perspektivləri müzakirə olunub.
O cümlədən, AİZ-in rədbəri Valeh Ələsgərovla Zonanın ərazisində tələbat olan qida, dəri və ayaqqabı, tekstil və digər yüksək əlavə dəyərli məhsulların istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi və Avropa İttifaqı, MDB və digər ölkələrə ixracın təşkil olunması məsələləri danışılıb.
“Bakı Limanı”nın baş direktoru Taleh Ziyadovla nəqliyyat-logistika əlaqələrinin daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib, xüsusilə konteyner daşımalarının həcminin artırılması və “Ro-Ro” tipli yüklərin dəniz limanları vasitəsilə daşınması istiqamətində tədbirlərin görülməsi müzakirə olunub.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bazasında Özbəkistan anbarlarının və konteyner terminallarının açılması perspektivləri və iki ölkənin əraziləri vasitəsilə yüklərin, o cümlədən zəruri malların qarşılıqlı daşınması məsələlərinin müzakirəsi üçün Beynəlxalq Avtomobil Daşımaları üzrə Birgə Komissiyanın iclasının keçirilməsi vurğulanıb.
Oxşar Xəbərlər
- TAİB sədri: ”Gənclik-millətin inkişafının təməlidir- Vətən uğrunda canını fəda etmiş minlərlə gəncimizi də unutmuruq”
- AMEA prezidenti: “Zəngəzur dəhlizi dünyanın diqqət mərkəzindədir”
- “Çətin dövrdə Mehriban Əliyevanın həssas təbəqəyə göstərdiyi yardımlar ona olan inamı daha da artırır” – Ramin Əhmədov