Hindistanlı türkoloq Dilçilik İnstitutunda olub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

AMEA-ninn Nəsimi adına Dilçilik İnstitutunda Oğuz Xan Cəvahirləl Nehru adına Hindistan Dövlət Universitetinin Türk dili kafedrasının müdiri professor Qous Mashkoor Xan ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Görüşdə Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli vurğulayıb ki, Azərbaycan-Hindistan ədəbi-mədəni və elmi əlaqələri çoxəsrlik böyük ənənələrə malikdir. Azərbaycan-Hindistan əlaqələri ölkəmiz müstəqillik qazandıqdan sonra yeni mərhələyə daxil olub.

Qeyd olunub ki, Hindistanla qarşılıqlı elmi və türkoloji əlaqələri daha da inkişaf etdirmək hər iki ölkənin strateji maraqlarına və tərəqqiyə xidmət edir.

Görüşün məqsədi birgə konfransların, seminarların, simpoziumların keçirilməsi, elmi jurnallarda birgə məqalələrin çap edilməsi, ortaq tədqiqat layihələrin işlənməsi, müştərək mədəni proqramların təşkili, doktorant və tədqiqatçıların mübadiləsini təmin etməkdir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR