Hava şaxtalı olsa da, Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası davam edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 24-cü gündür davam edir.
Agsaqqallar.com xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarının əks olunduğu şüarların əks edildiyi plakatlar qaldırır, şüarlar səsləndirirlər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR