İqdırlılardan “Ekoloji terrora son!” aksiyasına dəstək…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bildiyimiz kimi Vətəndaş Cəmiyyətinin təşəbbüsü ilə Laçın-Xankəndi yolunda keçirilən dinc etiraz aksiyası artıq bir aya yaxındır ki, davam edir.

Agsaqqallar.com bildirir ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan dinc etiraz aksiyasına dəstək gəlməkdə davam edir.

Bu dəfəki dəstək iqdırlılardan gəlib. Bayram günlərinə təsadüf edən, İqdır Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilən dəstək aksiyasının təşəbbüskarı, İAE-nin rəhbəri, TAİB-in İdarə Heyətinin üzvü Ziya Zakir Acar bildirib ki, havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığını təqdirəlayiq hesab edən iqdırlılar keçirdikləri bu aksiya ilə dinc aksiyaya dəstək verirlər. Bu addımımız da qardaş Azərbaycanla bir olduğumuzu, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu göstərir.

“Biz iqdırlılar hər zaman olduğu kimi yenə də Ermənistana “Terrora, vandalizmə son qoyun!”, “Ekoloji terrora STOP!”- deyir, bu şüarlarla Şuşadakı aksiya iştirakçılarının səsinə səs qatırıq. Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına son verilməlidir! “Azərbaycan milləti, qoruyacaq sərvəti!”, “Ekoloji cinayətə son!” şüarları haqqın səsidir! Biz sizinləyik, əziz azərbaycanlılar!”– deyə Ziya Zakir Acar vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR