Professor: Qarabağ Zəfəri Türk dünyasının gələcəyi üçün ən mühüm amildir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qarabağ Zəfəri Türk dünyasının gələcəyi üçün ən mühüm amildir. Türk dövlətlərinin coğrafi imkanları və inkişafı həmrəyliyimizin təminatçısıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Aydın Adnan Menderes Universitetinin dekanı, professor Turan Akkoyun ifadə edib.

İşğal altında saxlanılan Azərbaycan ərazilərinin azad edilməsinin təkcə Azərbaycan üçün deyil, Türkiyə başda olmaqla bütün türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran professor Turan Akkoyun deyib ki, bu anlamda beynəlxalq birliyin tərkib hissəsinə çevrilən Türk Dövlətləri Təşkilatı böyük bir gücə malikdir. Türk dövlətlərinin qüdrətlənməsi və həmrəyliyi üçün bütün zəruri faktorlar mövcuddur.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR