Laçın-Xankəndi yolundakı aksiya ermənilərin qanunsuz davranışlarının qarşısını alır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekofəallar dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunda Qarabağdakı təbii sərvətlərimizin qanunsuz şəkildə istismarının dayandırılmasına qarşı dinc etiraz aksiyası keçirirlər. Aksiya artıq 15 gündür davam edir. Aksiya iştirakçıları ilk gündən etibarən əzm, iradə nümayiş etdirərək tələbələri yerinə yetirilməyənədək ərazini tərk etməyəcəklərini bildiriblər. Onlar Xankəndi-Laçın yolunda Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olmayaraq, haqlı, sivil qaydada toplaşıb qanunsuzlara etiraz səslərini ucaldırlar. Aksiya iştirakçıları əmindirlər ki, haqlı tələbləri yerinə yetiriləcək.

Laçın yolu terrorçulara göstərilən maddi-texniki yardımlar üçün vasitə kimi

Vətən müharibəsi nəticəsində Azərbaycan qalib dövlət kimi ərazi bütövlüyünü bərpa etdi. Ermənistan isə məğlub ölkə kimi kapitulyasiya aktını imzaladı. Belə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Ermənistan qanunsuz silahlı birləşmələri Qarabağdan çıxarılmalı idi. Lakin iki ildir Ermənistan bu öhdəliyinə əməl etmir və Laçın-Xankəndi yolunu terrorçuların təchizatı və təminatı üçün əlverişli məkana çevirib. Bununla da Laçın dəhlizi vasitəsilə Qarabağa keçən terrorçular ərazilərimizdə istədiklərini rahat şəkildə edirlər. Hətta Azərbaycan Ordusunun bölmələrinin mövqelərini atəşə də tuturlar. Bu prosesə birbaşa dəstəyi isə Ermənistan dövləti verir. Siyasi strukturu cinayətkarlıq, işğalçılıq üzərində qurulan Ermənistan bu yoldan qanunsuz məqsədlər üçün istifadə edərək Azərbaycan ərazilərində terrorçuların maddi-texniki bazasını gücləndirir, həmçinin torpaqlarımızda qondarma dövlət yaratmaq niyyətini gizlətmir. Lakin onlar anlamalıdırlar ki, Azərbaycan öz ərazisində bir daha separatizmin yaranmasına imkan verməyəcək. Ermənistan nə qədər beynəlxalq təşkilatlardan, güclü dövlətlərdən yardım istəsə də, məqsədinə nail ola bilməyəcək.

Laçın-Xankəndi yolundakı aksiya qanunsuz davranışların qarşısını alır

Artıq 15 gündür davam edən aksiya cinayətkar, qanunsuz əməllərlə məşğul olan qrupları narahat etməyə başlayıb. Çünki Azərbaycan ərazilərində istismarla məşğul olan şəxslərin əl-qolu bağlanıb. Onlar artıq aksiya keçirilən yoldan talançılıq, həmçinin Qarabağda olan qanunsuz silahlı birləşmələri əvvəlki kimi silah-sursatla təmin edə bilmədikləri üçün beynəlxalq arenalarda bu prosesi müzakirəyə çıxarmaq istəyirlər. Bununla da Azərbaycanı günahkar kimi təqdim edib, sanksiyalar və digər mənfi çağırışlarla üz-üzə qoymağı hədəfləyirlər. Amma Azərbaycan hər zaman olduğu kimi, yenə də beynəlxalq hüquqa tam əməl edir. Keçirilən bu dinc aksiya öz ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismara qarşıdır ki, bu da tam haqqımızdır. Bəzi beynəlxalq təşkilatların bu hadisəyə iki münasibəti riyakarlıqdır və ikrah doğurur. Çünki onlar uzun illər ərzində Qarabağda sərvətlərimizin talanmasına, şəhər və kəndlərimizin, o cümlədən abidələrimizin ermənilər tərəfindən dağıdılmasına göz yumublar. İndi qanunsuz istismara qarşı keçirilən aksiyanın bu dərəcədə şişirdilməsi “düşmən dəyirmanına su tökmək”dən başqa bir şey deyil.

AZƏRTAC

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR