TAİB-in təşkilatçılığı ilə Güney azərbaycanlılarına həsr olunan müzakirələr keçirilib – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Araz Elsəs: “İlham Əliyevin siyasətinə canımla, qanımla dəstək verməyə hazıram”

Bu gün Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyini – TAİB-in təşkilatçılığı ilə “Güney Azərbaycan türklərinin dünyəvi inkişafı: İlham Əliyevin müəyyən etdiyi yol xəritəsi” mövzusu ətrafında müzakirələr keçirilib.

TAİB-in mərkəzi ofisində reallaşan tədbirdə əvvəlcə iştirakçılar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günü münasibətilə ona öz arzularını dilə gətiriblər. Dövlət başçısının Azərbaycan xalqı qarşısındakı xidmətləri və əldə etdiyi tarixi nailiyyətlərdən söz açan tədbir iştirakçıları, cənab Prezidentin dünya azərbaycanlılarının, xüsusən Güney Azərbaycan türklərinin hüquqları, Azərbaycan dili və mədəniyyətinin inkişafı xüsusunda dilə gətirdiyi fikirlərə diqqət yönəldiblər.

Qeyd olunub ki, Prezident İlham Əliyev həm Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş IX Zirvə toplantısında, həm də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışında səsləndirdiyi fikirlər Güney Azərbaycan türklərinin hüquqlarının müdafiəsi, gələcək inkişafı, eləcə də dilimizə və ortaq dəyərlərimizə daha sıx bağlılığın təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

İlham Əliyevin dünyadakı bütün azərbaycanlıların lideri olduğunu deyən tədbir iştirakçıları Azərbaycanın geosiyasi müstəvidə güclənən mövqeyindən də geniş şəkildə bəhs ediblər.

Müzakirlərdə bu gün Azərbaycanın Güneyində soydaşlarımızın üzləşdiyi təzyiq və təqiblər, çoxsaylı işgəncə faktları, eləcə də Azərbaycan dilində təhsil almaq hüququndan məhrum edilmələri barədə çıxışlara da ayrıca yer ayrılıb.
Tədbirin xüsusi qonağı olan məşhur ozan Araz Elsəsin çıxışı iştirakçılar tərəfindən böyük maraq və həyacanla qarşılanıb. Araz Elsəs qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət dünya azərbaycanlılarına ruh verir. “Mən bu siyasətə canımla, qanımla dəstək verməyə hazıram” deyən Araz Elsəs Azərbaycanın öz hədəflərinə çatacağına əmin olduğunu da bildirib.

Tədbirin sonunda müəllifi olduğu milli ruhlu mahnılar səsləndirən Araz Elsəsə Güney Azərbaycan türklərinin hüquqlarının müdafiəsindəki xidmətlərinə və türk mədəniyyətinin təbliğindəki fəallığına görə TAİB-in xüsusi plaketi təqdim olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR