Serbiya və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib və dəstəkləyir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır.

44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan ehtiramı daha da gücləndirdi, dövlətimizin nüfuzunu daha da artırdı. Azərbaycan qalib ölkə kimi yeni reallıqların yaranmasında əsas rol oynayır. Bu mənada Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərin yeni müstəvidə formalaşması, Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun günbəgün artması yarnmış reallıqlardan xəbər verir. Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 21-də Azərbaycana işgüzar səfəriikitərəfli münasibətlərin daha da inkişafında böyük rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib ki, “Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanıb. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq.Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır”. Səfər çərçivəsində istər prezidentlərin təkbətək, istərsə də geniş tərkibdə görüşlərində, həmçinin səfərin mahiyyətini özündə əks etdirən dövlət başçılarının mətbuata birgə bəyanatlarında diqqəti çəkən mühüm məqamlardan biri Prezident İlham Əliyevin şəxsi nüfuzuna, yürütdüyü siyasətə böyük dəyərin verilməsi oldu. Bu da öz növbəsində İlham Əliyevin apardığı siyasətin böyük etimad qazandığını, bu siyasətin çoxşaxəli olduğunu və gələcəyə hesablandığını bir daha göstərir.
Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib: “Azərbaycan və Serbiya öz resurslarına arxalanan, müstəqil siyasət aparan ölkələrdir. Prezident Vuçiçin uzaqgörən siyasəti nəticəsində Serbiya şəhərsalma sahəsində, eyni zamanda, iqtisadi və sənaye inkişafı, kənd təsərrüfatı sahələrində hərtərəfli inkişaf edir. Bu bizim gələcək əməkdaşlığımız üçün yeni imkanlar yaradır. Çünki həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir».
Prezident İlham Əliyev həmçinin söyləyib ki, Serbiya və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib və dəstəkləyir. Bu siyasət dəyişməz olaraq qalacaq.

Laura Quliyeva

Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR