Qazaxıstan televiziyasında Azərbaycanın milli-mədəni dəyərlərindən bəhs edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qazaxıstanda yayımlanan Türkistan TV-nin “Turan today” proqramının növbəti buraxılışı Azərbaycan xalqının milli-mədəni dəyərlərinə və adət-ənənələrinə həsr olunub.

Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Etnomədəni Birliyi üzvlərinin qatıldığı proqram Azərbaycan haqqında məlumatın əks olunduğu videoçarxın nümayişi ilə başlayıb.

Sonra birliyin sədri Ramilə Mustafayeva “Qarabağ” adını daşıyan təşkilatın fəaliyyətindən, Qarabağın azadlıq rəmzinə çevrilmiş Xarıbülbül çiçəyindən danışıb, qonaqpərvər xalqımızın mətbəx və süfrə mədəniyyəti barədə ətraflı məlumat verib, milli mətbəx nümunələrini təqdim edib.

Proqramın gedişində milli geyimli icma üzvlərimizin iştirakı ilə “Xınayaxdı” mərasimi, musiqi alətlərimiz və milli rəqslərimiz nümayiş etdirilib.

Proqramın canlı yayımına qoşulan Türkiyədə yaşayan rəssam həmyerlimiz İlham Ənvəroğlu xalqımızın milli-mədəni dəyərlərindən, Azərbaycan və qazax xalqları arasında olan tarixi köklərdən və bağlılıqdan bəhs edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR