Azərbaycan və Türkmənistan alimləri bir arada

Yazı fontunu küçültür Yazı fontunu büyütür

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutu ilə birgə elmi seminar keçirib.

Agsaqqallar.com xəbər verir ki, seminarda XVI əsr görkəmli tarixçi Salar Baba Xaridarinin “Cami-ət-təvarix” əsəri və onun UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün Türkmənistan alimləri ilə birgə məsləhətləşmə aparılıb. Qeyd edilib ki, “Cami-ət-təvarix” əsəri XVI əsr türk xalqları ictimai və mədəni fikir tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əsər geniş mənada türk xalqlarının ortaq tarixi keçmişinin, adət-ənənəsinin, etnoqrafiyasının öyrənilməsi baxımdan əhəmiyyət daşıyır.

Tədbirdə Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli çıxış edib. O, Ədəbiyyat İnstitutunda türkmən ədəbiyyatının öyrənilməsi istiqamətində aparılan tədqiqat işləri, yazılan kitablar haqqında məlumat verib. Qeyd edib ki, Salar Baba Xaridarinin “Oğuznamə”si Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosenti İsmixan Osmanlının tərcüməsi, “Ön söz”ü ilə 2021-ci ildə Azərbaycan oxucularına təqdim edilib.

Seminarda Ədəbiyyat İnstitutunun Türkmənistan ədəbiyyatı ilə bağlı tədqiqat aparan alimləri İsmixan Osmanlı və Töhfə Talıbova çıxış ediblər.

Geniş tərkibdə keçirilən tədbirdə Türkiyənin Ankara, Ege və Balıkesir Universitetlərinin professorları, İraq və Estoniyadan olan alimlər də iştirak ediblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR