Tokayev: Biz Azərbaycanla strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi daha da möhkəmləndirəcəyik
“Qazaxıstanda Sizi etibarlı dost və Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə səmimi yanaşan görkəmli siyasi xadim kimi tanıyırlar”.
Agsaqqallar.com APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.
“Əminəm ki, birgə səylərimiz sayəsində biz strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi daha da möhkəmləndirərək ikitərəfli əməkdaşlığı yeni zirvələrə yüksəltməyə nail olacağıq”, – Tokayev vurğulayıb.