Ermənistan BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin çağırışlarına əməl etməlidir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin demək olar ki, bütün bəyanatlarında üçtərəfli Bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsinə çağırış olub.

Agsaqqallar.com xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tviter səhifəsində yazıb.

Diplomat bildirib ki, Ermənistan sözügedən sənədi açıq-aşkar kobud şəkildə pozur.

“Ermənistan, nəhayət, BMT Təhlükəsizlik Şurasının üzv olan ölkələrinin bu cür çağırışlarını dinləməli və əməl etməlidir”, – deyə Leyla Abdullayeva vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR