Xankəndi-Laçın yolunda keçirilən aksiyanın 6-cı günüdür
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən fasiləsiz dinc aksiyaya qoşulanların sayı getdikcə artmaqdadır.
Agsaqqallar.com xəbər verir ki, dinc etiraz aksiyasına Azərbaycanın bütün bölgələrindən dəstək var.
Aksiya iştirakçıları hazırda “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.
Ekofəallar tələbləri yerinə yetirilməyənə qədər dinc aksiyanın davam etdiriləcəyini bildirirlər.