Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

Nazirlikdən bildirilib ki, iqtisadiyyat naziri Kubanıçbek Ömüralıyevi TDT-nin Baş katibi təyin olunması münasibəti ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, Təşkilatın məhsuldar fəaliyyəti türk dövlətlərinin iqtisadi potensialından səmərəli istifadə edilməsi və birgə layihələrin həyata keçirilməsinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Təşkilata üzv dövlətlər tərəfindən irəli sürülən təşəbbüslər ticarət, enerji, investisiya, rəqəmsallaşma və sair sahələrdə müasir çağırışlara cavab verilməsinə yönəlib ki, bu da ölkələrimizin dayanıqlı iqtisadi inkişafı ilə yanaşı, regional əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Bu kontekstdə Türk İnvestisiya Fondunun və Türk Ticarət evlərinin yaradılması, ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, sərmayələrin artırılması tərəfdaşlığın genişləndirilməsində əsas istiqamətlərdəndir.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Təşkilata üzv dövlətlər arasında əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb. Diqqətə çatdırılıb ki, üzv ölkələr arasında elektron ticarətin geniş tətbiqi, dəyər zəncirlərinin möhkəmlənməsi və rəqabətqabiliyyətlilik prinsiplərinə əsaslanan birgə layihələrin icrasına diqqət artırılmalıdır.
Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR