“Türkmən qazı Türkiyə vasitəsilə Avropaya nəql olunacaq” – Ərdoğan

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türkiyə türkmən qazının Avropaya tədarükü üçün mühüm mərkəzə çevriləcək”.

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Rusiya və Türkmənistan qazının Türkiyə vasitəsilə Avropaya nəqli enerji sektorunda çox mühüm addımlar olacaq. Bu gün Bakı və Aşqabad arasında Türkmənistandan Xəzər dənizi vasitəsilə qaz ixracı mövzusu müzakirə olunur. Azərbaycan və Türkmənistan bu yükün bölüşdürülməsi ilə bağlı razılığa gəlməlidir. Türkiyə bu prosesin iştirakçısı olarsa, o zaman xərclərin bir hissəsini Ankara öz üzərinə götürəcək. Əgər Avropa İttifaqı məsələyə qarışsa, Brüssel nümayəndələri də maliyyə məsələsində iştirak etməli olacaqlar”, – deyə Ərdoğan bildirib.

“Avaza şəhərində keçirilən üçtərəfli sammitdə əməkdaşlıq yollarını ətraflı müzakirə etmək üçün Türkiyə, Azərbaycan və Türkmənistanın energetika nazirlərinin görüşünün təşkili qərara alınıb. Mən Türkiyənin energetika nazirinə Azərbaycan və Türkmənistandan olan həmkarlarımla aparılan müzakirələrin yekunlarına əsasən bir ay ərzində nəticə əldə etməyi tapşırdım. Qərarlar nəticəsində biz bu məsələni bir daha müzakirə edəcəyik. 2023-cü ilin əvvəlində Türkmənistan prezidenti Türkiyəyə rəsmi səfər etməyi planlaşdırır. Ümid edirəm ki, məhz o zaman biz bu məsələyə son qoyacağıq”, – deyə Türkiyə lideri bildirib.

Prezident Ərdoğan Azərbaycan lideri İlham Əliyevlə danışıqlarda enerji məsələsini də qaldıracağını deyib.

Türkmənistanla, o cümlədən Türk Dövlətləri Təşkilatının ərazisində əməkdaşlığa toxunan Ərdoğan Aşqabadın tezliklə təşkilata tamhüquqlu üzvlüyünə ümid etdiyini qeyd edib.

Daşqın Həsənov
Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR