10 dekabr 2020-ci il Müstəqillik Tarixinin ilk Zəfər paradı!

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Zəfər paradından iki il ötür!
10 dekabr 2020-ci il Müstəqillik Tarixinin ilk Zəfər paradı!
Zəfər paradı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı inamlı Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi.

Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz öz tarixi missiyasını şərəflə yerinə yetirdi.

Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi.

Yaşasın müstəqil Azərbaycan Respublikası! Yaşasın müzəffər Azərbaycan Ordusu! Yaşasın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev!

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR