Daha bir tanınmış TAİB-ə üzv oldu – Əliqismət Lalayev təşkilatın uğurlarından danışdı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Xoreoqrafiya Akademiyasının pedaqoqu, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev TAİB-in qonağı olub.

Tanınmış incəsənət xadimini qarşılayan İdarə Heyətinin üzvləri Eyvaz Hünbətov, Nüsrət Paşayev, Akif Rufullayev və Şərafət Şəfa onu əvvəlcə ofislə tanış ediblər. Dəyirmi masa ətrafında keçən görüşdə Ə. Lalayev bildirib ki, TAİB yaranandan gördüyü işləri sosial şəbəkələrdən, efirlərdən izləyir, təşkilatın hər addımını təqdir edir:” Türkdilli ölkələr arasında inteqrasiyanı gücləndirəcək təşkilat bu yöndə xeyli işlər görüb. Türk aydınları arasında əlaqələrin inkişafı türk tarixinin qorunmasına, birliyin möhkəmlənməsinə böyük töhfələr verəcək. Mən də təşkilat üzvü olaraq, sizinlə birgə bütün proseslərdə iştirak etmək, hər layihəyə dəstək vermək üçün burdayam”.

Təşkilatın sədr müavini Eyvaz Hünbətov təşkllatın məqsəd-məramından, həyata keçirdiyi layihələrdən söz açaraq qonağı təşkilatın nizamnaməsi ilə tanış edib.

İntizam Komissiyasının sədri Nüsrət Paşayev öz növbəsində təşkilatın daxildə və xaricdə keçirdiyi konfranslardan söz açıb, Ə. Lalayevin təşkilatda təmsil olunmasından məmnunluğunu ifadə edib.

İdarə Heyətinin üzvü, sabiq dövlət qulluqçusu Akif Rufullayev İdarə Heyətinin tez-tez toplaşaraq müzakirələr apardıqlarını, hər gün ofisdə ən azı üç nümayəndənin olmasını diqqətə çatdırıb.

Sədrin ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Şərafət Şəfa qonağa təşkilatın üzvlərindən, Qadınlar Şurasının və Gənclər Təşkilatının, sayt və qəzetin fəaliyyətindən danışıb.

Sonda tanınmış ziyalının üzvlük sənədləri qəbul edilib, ona təşkilatın təsisçisi Ramin Əhmədovun “Heydər Əliyev və antiterror siyasəti”, TAİB-in həmsədri tanınmış diplomat Hulusi Kılıcın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabları hədiyyə edilib.

 
  

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR