Yevlaxda Dəyirmi masa keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikası QHT-lərə  Dövlət  Dəstəyi Agentliyinin maliyyə  yardımı  ilə  “Sosial qruplara hüquqi yardımın təşkili” layihəsini həyata keçirən Jurnalist Qadınlar Assosiasiyasının  Yevlaxda müharibə iştirakçıları, qazilər və şəhid ailələri ilə görüş olub.

Agsaqqallar.com xəbər verir ki, tədbirin moderatoru və layihənin eksperti İnqilab Şirinli görüşün təşkilinin  məqsədindən danışıb.

O bir sıra qanunların xülasəsini  görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sora çıxış edən  Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova  ölkəmizdə həssas qruplara aid kateqoriyada olan vətəndaşlarımızın problemlərinin həll edilməsi yönündə atılan əməli addımları sadalayıb. Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə Azərbaycan Respublikasının qanunlarından bir qisminə edilən dəyişikliklərdən söhbət açıb. Bu dəyişikliklər müharibə iştirakçılarının, şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini bildirib.

O təssüf hissilə deyib ki, insanlarımızın bir qismi qanunvericiliklə onlara verilən hüquqlar barədə,  dövlətin apardığı işlər haqda  az məlumatlıdırlar.

Ona görə də vətəndaşlarımızın maarifləndirilməsi sahəsində görülən işlər  davamlı olmalıdır. S.Yusifova vətəndaş cəmiyyətlərinin  bu sahədəki boşluqları öz fəaliyyətləri ilə doldurmasını vacib sayıb Tədbirdə iştirak edən Yevlax şəhər  İcra hakimiyyətinin şöbə müdiri Xaliq Əliyev görüş iştirakçılarına iki ildə regionda görülən işlər və təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. Yevlax şəhəri İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev də ona yönələn müraciətlərin həllinə nail olduqlarını bildirib.

Tədbirdə çıxış üçün söz alan qazi mayor Bəhram Hüseynov son iki ildə  respublikamızda sosial qrupların rifah halının yaxşılaşdırılması sahəsində gözlə görülən müsbət dəyişiklərdən danışıb. O eyni zamanda bəzi məmurların vəzifə səlahiyyətlərini tam dərk etməməsindən də gileylənib. Qazi Naxçıvan Muxtar Respublikasında qazi və veteranlara göstərilən diqqət və qayğını xatırladıb və ritorik sualla zala müraciət edib.

O söyləyib ki, necə olur ki, ölkənin bir regionunda həssas qrupların- müharibə əlillərinin, veteranların, şəhid ailələrinin  heç bir problemi açıq qalmır, hamsı həllini tapır, amma  digər regionlarda qazilər, veteranlar, müharibə əlilləri üzləşdiyi maneələri aradan qaldıra bilmirlər? Bəzi yerlərdə hətta müharibə iştirakçıları  arasında fərq qoyulur. İcra hakimiyyətlərində bəzi  müharibə iştirakçılarını ev qeydiyyatına alırlar, bəzilərinin  müraciətlərinə – ev qeydiyyatı yoxdur – deyə cavab verirlər. Əkin üçün torpaq sahəsi ayrılması ilə əlaqədar edilən  müraciətlərə də həmçinin eyni aqibətdə cavab verilir. Naxçıvanda qazi, şəhid ailələrinə olan qayğı yaxşı olar ki, digər regionlarda tətbiq edilsin.

Müzakirələrə qatılan Kərimov Mərdan, Qəmbərov Duman, Baxşəliyev Emin və başqaları üzləşdikləri problemləri dilə aldılar. Tədbirdə iştirak edən hüquqşünaslar və icra hakimiyyətinin işçiləri qazilərin  şikayətlərini dinlədilər və problemlərin həlli yollarını izah etdilər, onların suallarını  cavablandırdılar. Görüş zamanı səsləndirilən təkliflərin qeydiyyatı aparıldı. Və sonda belə qərara gəlindi ki,  təşkilatçılar müharibə iştirakçılarına ElTV-də efir vaxtı alsın və sosial qrupların maarifləndirilməsi sahəsində müzakirələr təşkil edilsin. Canlı efirdə hüquqşünaslar onlara yönələn sualları cavablandırsınlar.

Tədbirin sonunda iclasın moderatoru İnqilab Şirinbəyli bəyan etdi ki, görüşlərdə bəzi qanunlardakı boşluqlar barədə faydalı təkliflər edilib. Həmin təkliflər JQA-nın işçi qrupu tərəfindən sistemləşdirilib  paket halına salınacaq və Milli Məclisə göndəriləcək.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR