TAİB-in Gənclər Təşkilatının məclis üzvü Heydər Həsənli: “Zəngəzur-Turana gedən yol erməni hamilərini daha çox qorxudur”
“Zəngilandan keçib Zəngəzur və Naxçıvana gedən yola baxdıqca, biz gənclərin çılğın ruhu daha da coşur, Vətən üçün böyük ideyalara, daha böyük layihələrə imza atmaq həvəsini gücləndirir”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in Gənclər Təşkilatının məclis üzvü, ictimai fəal Heydər Həsənli deyib.
O, bildirib ki, Zəngəzur həm də Türk dünyasının coğrafi və iqtisadi birliyinin vacib hissəsini təşkil edir, bu da Azərbaycan və Türkiyəyə düşmən olanların qorxusuna səbəb olub.
“Türk Dövlətləri Təşkilatının, türk coğrafiyasını əhatə edən vətəndaş cəmiyyətlərinin aktiv fəaliyyətindən və ən əsası da ortaq Turan məkanının yaradılmasından qorxan Fransa, İran kimi düşmən mövqedə olanlar yalan qətnamələr imzalamaqla, hədə-qorxu gəlməklə bizi durduracaqlarını düşünürlər. Onlar türkün hansı gücə sahib olduğunu yaxşı bilirlər əslində. Bu gün bizim təşkilatımızın da yaranmasının böyük əhəmiyyəti var. Türk dünyasının aydınlarını bir araya gətirən təşkilatımız, müdrik düşüncəsi, gənclik potensialıyla daha böyük uğura imza atacaq. Təşkilatımızda yaradılan Qadınlar Şurası da gücümüzə güc qatır”- deyə TAİB üzvü vurğulayıb.
Qeyd edək ki, Türk Ağsaqqalları Birliyi yarandığı gündən əhəmiyyətli layihələr həyata keçirir, türkdilli dövlətlərdə silsilə konfranslarla çıxış edir. Təşkilatın artıq türkdilli dövlətlərdə nümayəndəliklərin açılışına start verilib.