Tanınmış mədəniyyət işçisi, TAİB-in Qadınlar Şurasının üzvü Güllü Əhmədova: “TAİB-də həm Gənclər Təşkilatının, həm Qadınlar Şurasının yaradılması onu göstərir ki, hədəflərimiz çox böyükdür”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Tanınmış mədəniyyət işçisi, Qax Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı Qadınlar Şurasının sədr müavini, fədakar türk xanımı Güllü Əhmədova Agsaqqallar.com saytına açıqlama verib.

O, bildirib ki, təkcə Azərbaycanın deyil, türk dünyasının milli-mənəvi dəyərlərinin formalaşmasında və inkişafında, qorunmasında TAİB-in böyük rolu olacaqdır.

“Biz uzun zamandır ki, Azərbaycan-Türkiyə arasında könüllü layihələr həyata keçiririk. İki ölkə arasındakı ədəbi əlaqələrin inkişafına töhfə vermək, türk klassik yazıçılarının əsərlərini kitabxanada qoruyub, bu günkü gəncliyə əmanət etmək, türk dünyasının gənc yazarları ilə də əlaqələr yaradaraq onları bizdə, bizim yazarlarımızı türk dünyasında təbliğ etmək amacıyla yola çıxmışıq. Zamanında yaranan Türk Ağsaqqalları Birliyinin qadın üzvü olaraq daha böyük ilkə imza atacağımıza inanıram. TAİB-də həm Gənclər Təşkilatının, həm Qadınlar Şurasının yaradılması onu göstərir ki, hədəflərimiz çox böyükdür”.

Türk Ağsaqqalları Birliyinin türk ellərinin vahid platforması olacağına inandığını bildirən TAİB üzvü Qadınlar Şurasının həyata keçirdiyi bütün layihələrdə, həvəslə iştirak edəcəyini, fəal olacağını vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR