Türkiyədə beynəlxalq forum keçiriləcək
Bu günlərdə Bakıda “İkinci Beynəlxalq Güney Azərbaycan Türkləri Forumu”nun mətbuat konfransı baş tutub.
Agsaqqallar.com Faktor.Az-a istinadən xəbər verir ki, Forumun təşkilatçısı, İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Məmmədxanoğlu bildirib ki, tədbir 24 dekabrda İzmir şəhərində baş tutacaq “İkinci Beynəlxalq Güney Azərbaycan Türkləri Forumu”nun tanıtmaq məqsədilə keçirilib.
“Bakıda yaşayan, Güney azərbaycanlılar ilə birgə ürəyi döyünən soydaşlarımız və dostlarımız bu gün tədbirdə iştirak etdilər. Bu kimi tədbirlər gələn həftələrdə İstanbul, Ankara və Eskişehirdə də baş tutacaq. Eyni zamanda, İsveçdə Güney azərbaycanlı milli fəalların iştirakı ilə konfransımız gözlənilir. Rusiyada Yaşayan Azərbaycanlı Qadınlar İctimai Birliyi isə Foruma zoom vasitəsilə qatılacaq. Məqsəd 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində soydaşlarımızı bir araya toplamaq, eləcə də Güney azərbaycanlılar milli təşkilatlar arasında həmrəylik yaratmaqdır. Bir sözlə, 50 milyonluq Azərbaycan türkləri arasındakı birliyi nümayiş etdirən qurultay keçirməyi düşünürük”, – deyə C.Məmmədxanoğlu söyləyib.
Bundan başqa, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycanın İrandakı sabiq səfiri, preofessor Nəsib Nəsibli, Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli və başqaları konfransda çıxış ediblər.