" />

TAİB-in Qadınlar Şurasının sədr müavini Gunel Yaz: “TAİB-in qadın üzvlərinin sayı sürətlə artır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu gün Azərbaycan qadınları ölkəmizin ictimai, siyasi və mədəni həyatında baş verən əhəmiyyətli hadisələrdə hökumət, dövlət nümayəndəsi, millət vəkili, ziyalı kimi bütün mötəbər kürsülərdən öz sözünü deyir. Bu dövlətimizin qadınlara verdiyi yüksək dəyərin təzahürüdür”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in Qadınlar Şurasının sədr müavini Günel Yaz deyib.

O, bildirib ki, müstəqillik uğrunda mübarizədə də qadınlarımız mübariz olublar, qazanıldıqdan sonra isə qadınlarımıza verilən yüksək dəyər Azərbaycan qadınına öz potensialını ortaya qoymağa imkan yaratdı.

“Təşkilatımızda Türk dünyasının ziyalı qadınlarının sayı durmadan artır. Bu gün biz qadınlar bütün sahələrdə fəalıq. Cəmiyyətin saflaşması, dövlətimizə dəstək vermək, gənclərin vətənpərvər ruhda yetişməsi üçün əhəmiyyətli layihələr həyata keçirən nə qədər fəal qadınlarımız var və biz də öz dəstəyimizi verməyə çalışırıq. Bu gün fəaliyyətimizi daha da genişləndirmək üçün biz qadınlara daha böyük meydan açan Türk Ağsaqqallar Birliyində Qadınlar Şurası yaradılıb. Artıq Qadınlar Şurasının bütün türk dünyasından üzvləri var və artmağa başlayıb. Hazırda sədrimizlə birgə layihələr üzərində çalışırıq. Türk dünyasının tanınmış ziyalısı olan, tarix elmlər doktoru Güllü Yoloğlunun rəhbərliyi altında işləməkdən bir gənc olaraq qürur duyuram. Biz gənclərə etimad göstərən TAİB rəhbərliyinin və İdarə Heyətinin etimadını işimizlə, əməlimizlə doğruldacağıq. Azərbaycanlı olaraq, türk qızı olaraq, eləcə də TAİB olaraq hər zaman Vətənin xidmətindəyik! Ağsaqqal institutunun nüfuzlu ağsaqqalları ilə vətəndaş cəmiyyəti olaraq, daha böyük uğurlara imza atacağımıza inanıram. Hamımıza bol uğur arzulayıram!”-deyə Günel Yaz bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR