“Sülh Zəngəzur dəhlizindən, kommunikasiyaların açılmasından keçir” – TAİB İdarə Heyətinin üzvü, Millət vəkili Hikmət Babaoğlu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Prezidentinin Brüssel görüşü ilə bağlı fikirləri Ermənistanın sülh diplomatiyasını şantaj etməsinə cavab olaraq səsləndirilib. Əslində Brüssel formatı post-müharibə dövründə formalaşan və ən ümidverici nəticələrə gətirib çıxarda biləcək formatlardan biri kimi qəbul edilirdi.

Bu fikirləri hafta.az-a TAİB-in İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib:

“Ermənistan sülh istəmədiyinə görə bu formatla bağlı manipulyasiya etməyə və nəticədə şərt qoymağa başladı. Şübhəsiz ki, qalib bir ölkəyə qarşı şərtlər irəli sürmək mümkün deyil. Üstəlik əgər bu şərtlər regional sülhə töhfə verməyəcəksə və beynəlxalq hüquqa zidd olacaqsa, heç cür mümkün deyil. Azərbaycan isə heç bir danışıq prosesini boykot etmir və yaxud imtina etmir. Sadəcə olaraq Ermənistanın diplomatik manipulyasiyaları belə bir mürəkkəb vəziyyət yaradır. Əlbəttə ki, sülh üçün müddətin əhəmiyyəti, nə zaman baş verəcəyi bizim üçün o qədər də vacib deyil. Çünki biz ərazi bütövlüyümüzü bərpa etmişik və faktiki olaraq bu gün hər tərəfə yollarımız açıqdır. İqtisadi kommunikasiyalar vasitəsi ilə özünü blokadaya salan Ermənistandır. Şübhəsz ki, mümkün sülh bütün kommunikasiyaların açılmasını nəzərdə tutur. Ermənistanın ən yaxın qonşuları ilə belə normal əlaqələr quracağı kommunikasiyalar yoxdur. Ona görə də bu gün Ermənistan narahat olmalıdır. Azərbaycan yenə də sülh istəyir və Ermənistanın öz öhtəliklərini yerinə yetirməsini tələb edir. Çünki sülh Zəngəzur dəhlizindən, Zəngəzur dəhlizi vasitəsi ilə kommunikasiyaların açılmasından keçir. Söhbət təkcə dəmir yolunun deyil, ona paralel olaraq avtomobil yolunun açılmasından keçir. Çünki bu, üçtərəfli sazişin 9-cu maddəsində qeyd olunur. Ermənistan özünü çox ağıllı hesab edir, düşünürlər ki, Zəngəzur yolundan Dəmir yolu xəttinin keçməsinə razılıq verəcəklər, Rusiya ilə dəmir yolu ilə birbaşa əlaqə quracaqlar, Azərbaycana isə öz qərb rayonları ilə avtomobil yolu ilə əlaqə qurmasına imkan verməyəcəklər. Bu mümkün olan məsələ deyil. Ona görə də yaxşı olardı ki, Ermənistan bu cür sülhə qarşı təxribatlardansa, real vəziyyəti düzgün qiymətləndirib proqressiv mövqe nümayiş etdirə bilsin.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR