TAİB-in ofisində Yuta Universitetinin professoru Hakan Yavuzla görüş keçirilib – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Yuta Universitetinin professoru Hakan Yavuz: ”  Ermənilərin bütün iddiaları miflər üzərində qurulub”

“Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər” kitabının müəllifi ilə geosiyasi məsələlərə dair müzakirələr aparılıb

Türk Ağsaqqalları Birliyi – TAİB-in mərkəzi ofisində ABŞ-ın nüfuzlu Yuta Universitetinin professoru, siyasi-analitik Hakan Yavuzla görüş keçirilib.

TAİB-in İdarə Heyəti və Gənclər Təşkilatının üzvlərinin iştirak etdiyi görüşdə Hakan Yavuz əvvəlcə ADA Universitetində təşkil olunmuş, “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” beynəlxalq konfrans barədə təəssüratlarını bölüşüb, özünün də çıxış etdiyi bu tədbirin əhəmiyyətindən söz açıb.

Professor müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər” adlı kitabın əhatə etdiyi mövzu və istiqamətlər barədə danışarkən ermənilərin tarixi faktları saxtalaşdırma siyasətinə dair xeyli nümunələr də göstərib.  Toplantı iştirakçılarının nəzərinə onu da çatdırıb ki, indiyədək ermənilərin bütün iddiaları əsassızdır və miflər  üzərində qurulub.

Daha sonra Hakan Yavuz görüş iştirakçılarının geopolitik məsələlərə, regionun gələcək perspektivlərinə dair suallarını cavablandırıb.

Sonda dünyaca məşhur alimə Türk Ağsaqqalları Birliyi – TAİB-in xüsusi plaketi, eləcə də təşkilatın həmsədri Hulusi Kılıçın “44 gün Vətən Müharibəsi” və təsisçi Ramin Əhmədovun “Heydər Əliyev və anti-terror siyasəti” adlı kitabları təqdim olunub.

Hakan Yavuz qeyd edib ki, TAİB-in fəaliyyətini yaxından izləyir və bu ictimai platforma ilə əməkdaşlığa da həmişə hazırdır.

             

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR