Ermənistanın müharibə cinayətləri barədə sənədli video-çarx təqdim olunub
“Beynəlxalq Hüquqi Maarifləndirmə və Tədqiqatlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İkinci Qarabağ müharibəsində Ermənistanın müharibə cinayətləri” adlı ingilisdilli videoçaxrın hazırlanması və jurnal-belletinin nəşri” layihəsi çərçivəsində sənədli video-çarxı təqdim edib.
Agsaqqallar.com xəbər verir ki, video-çarx 2020-ci ilin Qarabağ savaşındakı qələbəmizi əks etdirməklə yanaşı, eyni zamanda Ermənistanın törətdiyi müharibə cinayətlərindən, dinc əhaliyə, mülki obyeklərə qarşı dövlət terroru törətməsindən bəhs edir. eyniadlı video-çarxı təqdim edib. Video-çarxda tarixi zəfərimizin mahiyyəti və möhtəşəm qələbəni xalqımıza bəxş edən Azərbaycan ordusunun mükəmməl hücum əməliyyatları tarixçilər və ekspertlər tərəfindən ətraflı təhlil olunur və Vətən savaşının ən yaddaqalan görüntüləri bir daha nümayiş etdirilir.
Sənədli video-çarxda beynəlxalq hüquq mütəxəssisləri, hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini Rahim Məmmədov, hüquq elmləri doktoru, professor həmin fakültənin “Beynəlxalq hüquq” kafedrasının müdiri Əfsər Sadıqov Ermənistanın beynəlxalq qanunlara məhəl qoymayaraq hərbi cinayətlər törətməsini elmi-faktaloji prizmadan şərh edir. Bundan əlavə, 44 günlük müharibədə Çenevrə qanunlarının kobud şəkildə pozulması, Azərbaycanın Gəncə, Bərdə şəhərlərinə qarşı amansız raket hücumu barədə hər iki dildə məlumatlar video-çarxda öz əksini tapır.
Sənədli video-çarx Nyus-media qrup tərəfindən hazırlanmış, həm yerli həm də əcnəbiləri əhatə edən sosial şəbəkə seqmentlərində, çoxminlik auditoriyası olan internet-youtube kanallarında paylaşılması üçün nəzərdə tutulub.