Türk Ağsaqqalları Birliyi – TAİB Tatarıstanı və Çuvaşıstanı da əhatə edəcək -VİDEO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi – TAİB Tatarıstan və Çuvaşıstan respublikalarında da təşkilatlanacaq.

İlkin hazırlıq və adıçəkilən respublikaların ağsaqqalları, ziyalı cameəsi, elm və mədəniyyət xadimləri arasında Türk Ağsaqqalları Birliyinin təbliğatını aparmaq, məqsəd və məramlarını çatdırmaq, eləcə də Azərbaycan diasporunun fəalları ilə görüşmək məqsədilə Kazan və Çebaksarı şəhərlərinə ezam olunmuş TAİB üzvü Hüseyn Əhmədov Bakıya qayıdıb. O, səfərinin nəticələri, keçirdiyi görüşlər barədə TAİB üzvlərinə ətraflı məlumat verib.

Hüseyn Əhmədov Tatarıstan və Çuvaşıstana səfəri barədə Missiya TV-yə açıqlama verib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR