TAİB-in həmsədri Hulusi Kılıç: “Dünya Türkiyənin hərbi gücünü və siyasi qətiyyətini gördü”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Terrorçulara qarşı bir gecə ansızın həyata keçirilən “Pence kılıç” əməliyyatı uğurla tamamlandı. Türkiyə illərdir terrorla mübarizə aparır. Bu illər ərzində minlərlə vətəndaşımız terrorun qurbanı olub. Ən son İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsi müzakirə olunarkən Türkiyənin şərti oldu. Bu şərt isə həmin ölkələrdəki terrorçuların Türkiyəyə təhvil verilməsi oldu”.

Agsaqqallar.com xəbər verir ki, bunu “Bayraqdar Media”-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi, Türk Ağsaqqalları Birliyinin həmsədri Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, aparılan uğurlu mübarizə nəticəsində son 6 il ərzində Türkiyədə terror hücumu olmamışdı: “Ən son İstanbulda, Taksimdə xain terror hücumu həyata keçirildi. İstiqlal caddəsində törədilən terror aksiyası Türkiyənin terrora qarşı mübarizəsində nə qədər haqlı olduğunu bir daha təsdiq etdi. 6 günahsız insan şəhid oldu, 81 vətəndaşımız isə yaralandı. Allahdan terror şəhidlərinə rəhmət, yaralılara isə şəfa diləyirəm. Bəlli olduğu kimi, Türkiyə qısa müddətdə bu terroru törədənləri də, sifarişçiləri də müəyyən etdi. Bu qanlı aksiyanın arxasında PKK/PYD-nin və bu terror təşkilatını dəstəkləyən bəzi xarici güclərin dayandığı bəlli oldu”.

H.Kılıç deyib ki, bu terror bəzi ölkələrin terrorçuluğa qarşı mübarizədə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməməsi məsələsini də gündəmə gətirdi:

“Məsələn, ABŞ və Rusiyanın öhdəlikləri ondan ibarətdir ki, Türkiyə sərhədindən 30 kilometrlik məsafədə bir təhlükəsizlik zolağı yaradılmalıydı ki, Türkiyəyə terror hücumları olmasın. Onlar o vədi yerinə yetirmədi. Türkiyə də bu dəfə həmin məsələni özü həll etməkdə qərarlı olduğunu göstərdi. Türkiyə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən heç bir ölkədən icazə almadan tarixi bir əməliyyat keçirdi. Bildiyiniz kimi, Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın Quzeyində Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə xüsusi antiterror əməliyyatı keçirdi. “Pence kılıç” adlandırılan əməliyyat PKK/KCK/YPG və digər terrorçu qüvvələri zərərsizləşdirmək, dövlət sərhədində təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olundu. Nəticədə terrorçulara məxsus 90-a yaxın hədəf məhv edildi. Onlara böyük bir dərs verildi”.

Qeyd olunub ki, bu əməliyyatlar bir tərəfdən Türkiyənin hərbi gücünü göstərərkən, digər tərəfdən siyasi qətiyyətini də nümayiş etdirdi:

“Türkiyə 140 km içərilərə girərək terrorçuların başını əzdi. Dünya Türkiyənin siyasi qətiyyətini, bölgədə bir güc olduğunu gördü və qəbul etdi. Türkiyənin bu əməliyyatına qarşı çıxan bir ölkə olmadı. Türkiyə bununla həm də düşmənlərə göz dağı verdi. Cümhurbaşqanı Recep Tayyip Erdoğan hər zaman deyirdi ki, “bir gecə ansızın gələ bilərik”.

İraq və Suriyanın Quzeyindəki hərbi əməliyyatlar gecə reallaşdırıldı. Bir gecə ansızın həyata keçirilən bu əməliyyatlar uğurla tamamlandı. Biz ordumzula qürur duyuruq. Allah ordumuzu qorusun. Terror qurbanlarına, şəhidlərə də Allah rəhmət eləsin”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR