TAİB-in GT üzvü Aqil Musayev: ”Dünyaya özünü “İslamın hamisi” kimi sırımağa çalışan “Din tacirləri”nə, “İran keşişləri”nə inanmaq olmaz”
“Tarix boyu başı bəlalar çəkmiş vətənimizə hərə bir tərəfdən dişlərini qıcayıb. Qərbdən ağzının suyunu axıdanlara qoşulub, cənubdan da eyni nəfslə baxanlar kənardan çox gülünc görünsə də, ağızlarının payını almalıdırlar. Alırlar da… Özü də ən yüksək səviyyədə Prezident İlham Əliyevin sərrast zərbələri ilə! Başqalarına it hürər, bizə Mazandaran çaqqalı. Qulaqlarının dibi əsrdə ən azı bir dəfə də olsa türk şilləsi ilə qızışmağa öyrənişli olan ermənilərə verdiyimiz dərsdən ibrət götürməyən “İran keşişləri” günaşırı zayıllamaqla çürük molla rejimlərini də qaranlıq dalana dirəyirlər”.
“Artıq İran səbrimizin bütün hədlərini və sərhədlərini aşır. Tarix boyu səbri ilə sınağa çəkilən xalqımızın səbrinin tükəndiyi an nələrin olduğunu gərək İranın elə özü yaxşı bilsin. 44 gün ərzində Azərbaycan əsgərinin Qarabağ dağlarında göstərdiyi möhtəşəm performansı… Bunu Arazın o tayından məyusluqla izləyən mollalar yəqin düşünürlər ki, qorxuya qalib gəlməyin ən yaxşı yolu, elə qorxunun üstünə getməkdir. Odla oynayanlar unutmasınlar ki, biz Odlar ölkəsiyik. Yanan onlar olacaq!”-deyə A. Musayev vurğulayıb.
Oxşar Xəbərlər
- Mikayıl Cabbarov: “Karabakh.Center” layihəsi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib”
- İsrail Təhlükəsizlik Akademiyası: “Ermənilərin Azərbaycana qarşı Xolokostdan öz çirkin təbliğat və qara yaxma kampaniyası kimi istifadə etməsi riyakarlıqdır”
- Respublika Günü ilə əlaqədar Nyu York, Los-Anceles və Atlanta şəhərlərində aksiya təşkil edilib