" />

İstisu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvətidir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Vaxtilə Ulu Öndər Heydər Əliyevin dediyi “Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar” tarixi kəlamı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun şücayəti sayəsində 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan tarixi qələbənin təntənəsi olaraq Kəlbəcər imzalanmış üçtərəfli bəyanata əsasən bir güllə atılmadan 25 noyabr 2020-ci ildə Azərbaycana verildi, Ulu Öndərin arzuları çin oldu, Ata vəsiyyəti ləyaqətlə yerinə yetirildi.
Kəlbəcər rayonu Azərbaycanın ən füsunkar təbiətə malik diyarlarından biridir. Rayon ərazisi 30 mindən çox bulağı, 4 mindən artıq müxtəlif növ bitkisi, sahəsi 30 min hektardan çox meşələri, 4 min metrə qədər yüksəkliyi olan zirvələri, ucsuz-bucaqsız çəmənlikləri ilə mübaliğəsiz təkrarolunmaz təbiət incisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək “Burada olan təbii gözəllik heç bir yerdə yoxdur”. İstisu Kəlbəcərin simvolu, sağlamlıq və gözəllik əsəridir. İşğal dövründə erməni vandalizmi bu təbiət incisini də darmadağın etmişdir. İşğaldan sonra yeni dövrünü yaşayan Kəlbəcərdə böyük canlanma yaşanır. İstisu sanataoriyası tamamilə yenidən qurulur. Cənab Prezidentin 2022-ci il 26 iyunda Kəlbəcərə növbəti səfəri çərçivəsində İstisu sanatoriyasının yenidən qurulması layihəsinin təməli qoyuldu. Erməni vandalları ərazilərimizi işğal etdikdən sonra oradakı təbii ehtiyatları istismar ediblər. Kəlbəcərdəki faydalı suyu da özününküləşdirərək, başqa adla bazara çıxartdılar. Lakin bu gün Kəlbəcər artıq bizdədir. İllərdir suyuna həsrət qaldığımız bulaqlar bizi gözləyir. Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyası və “İstisu” mineral su zavodunun təməlini qoyub.
Təməlqoyma mərasimində çıxış edən cənab Prezident demişdir: “İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək”.
Bu gün İstisu sanatioriyasının və mineral su zavodunun tikintisi böyük sürətlə aparılır. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.
Cənab Prezidentimizin sözləri ilə desək: “İstisu sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz – bu torpaqların sahibləri vaxtılə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik.”

Mayıl Əliyev

Nizami Rayon Ağsaqqallar Şurasının sədri

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR