" />

TAİB-in İdarə Heyətinin üzvü Karaçanta Murtaza: “Fransanın türk xalqına qarşı nankorluğu, İranın dəyişməyən xisləti”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Son zamanlar, xüsusən də Qarabağ zəfərindən sonra türk dünyasına qarşı düşmən mövqedə olan dövlətlər nifrətini biruzə verməyə başladılar. Türk birliyinin möhkəmliyi, qətiyyəti, əzmi hər zaman o ölkələri qorxuya salmış, xain planlarını həyata keçirmək üçün erməni kimi vandal, xarakteriksiz xalqdan istifadə etməyə çalışmışlar”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İdarə Heyətinin üzvü, Türkiyə Çağdaş Azərbaycan Dərnəyinin rəhbəri Murtaza Karaçanta deyib.

O, bildirib ki, Fransanın yalançı erməni soyqırımını tanımasını, İranın Azərbaycana hədəsini və ölkəsində yaşayan yerli türklərə olan təcavüzünü şiddətlə qınayır.

“Fransanın nə vaxt quyruğu qapı arasında qaldısa, Türkiyədən yardım istədi. Türkiyə də öz humanist prinsiplərinə əsaslanaraq, aciz durumda qalmış Fransanın qolundan tutdu.Əsrlərcə köməyini əsirgəmədi. Bu gün yalançı, böhtançı qətnamələr qəbul edən fransa Türkiyə və Azərbaycana qarşı qərəzli, düşmən mövqedə olduğunu bir daha sübut etmiş oldu. Biz Qarabağ savaşında da zatən Fransanın da, İranın da Ermənistana yardımlarından bunu görmüşdük. Dünya xalqları ermənilərin iç üzünü yaxşı bilirlər, heç bir ölkəsi, heç bir mədəniyyəti olmayan ermənilər məhz belə “dayı”larının hesabına özgə torpaqlarına soxularaq Ermənistan yarada biliblər”.

İrandakı son hadisələri şərh edən TAİB üzvü onu da vurğulayıb ki, İran torpaqları binayi-qədimdən türk torpaqlarıdır. Lakin sonradan fars şovinist hakimiyyəti ölkədə yerli türklərin bütün hüquqlarına məhdudiyyət qoymuşlar.

“Əmmamə gəzdirmək nə insanlıq, nə islamlıq nümunəsidir. Bu din pərdəsi altında farsın vandal hərəkatıdır. Və bizlər də bunu qınayır, pisləyir və etiraz edirik. İslam -ədalət təntənəsidir!”-deyə Murtaza Karaçanta vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR