Bilal Çakıcı: Şuşa türk dünyasının parlayan ulduzu olaraq hamımızı qürurlandırır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türk dünyasının mədəniyyət paytaxtı” TÜRKSOY-un həyata keçirdiyi strateji mədəniyyət layihələri sırasında zirvədə dayanır. Qazaxıstanın Astana şəhərindən start götürən bu layihə böyük inkişaf yolu keçib. Bursadan sonra türk dünyasının mədəniyyət paytaxtı missiyasının qədim Şuşaya keçməsi bizim üçün tarixi əhəmiyyət daşıyan hadisədir. Şuşa türk dünyasının parlayan ulduzu olaraq hamımızı qürurlandırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Bilal Çakıcı ifadə edib.

Şuşanın işğaldan azad olunmasını qürur mənbəyi kimi dəyərləndirən TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı əminliklə bildirib ki, bu qədim türk yurdunda keçirilən mədəni tədbirlər “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi ilə məhdudlaşmayacaq. Şuşa yüksək ev sahibliyi, eləcə də bütün digər göstəriciləri ilə 2023-cü ildə beynəlxalq ictimaiyyətin nəzər və diqqətini türk dünyasına yönəldəcək.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR