30 illik şərəf və ləyaqət yolu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

90-ci illərin əvvəlləri yenicə müstəqillik qazanmış Azərbaycan böyük siyasi-iqtisadi böhranla üz-üzə idi. Ölkədə dərin hakimiyyətsizlik, hərcmərcilik hökm sürürdü. Bir tərəfdən Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizə qarşı işğalçılıq müharibəsi, Qarabağda və Ermənistanla sərhəd ərazilərimizdə baş verən münaqişələr, digər tərəfdən ölkəmizin daxilindəki pozucu və müstəqilliyimizin qəsdinə durmüş qüvvələrin fəaliyyətləri nəticəsində siyasi böhran özünün pik həddinə çatmışdı. O vaxtkı rəhbərlik yaranmış siyasi böhrandan Azərbaycanı xilas etmək iqtidarında deyildi və onların buna nə siyasi iradəsi, nə idarəetmə təcrübələri, nə də ki qabiliyyətləri imkan vermirdi. Şəxsi maraqlar və ambisiyalar dövlət maraqlarını tam üstələmişdi, eyni zamanda cəbhədəki ardıcıl məğlubuyyətlər xalq narazılığının daha da genişlənməsinə və kütləvi hal almasına şərait yaradırdı. Eyni zamanda ölkədə vətəndaş müharibəsinin ilk rüşeymləri baş qaldırmış, müstəqilliyimiz böyük təhlükə astanasında idi. Ölkədə baş qaldırmış separatçı qüvvələr hər an böyük ambisiyalarını reallaşdıra bilərdilər. Belə bir zamanda Azərbaycanın görkəmli nümayəndələri, ölkənin gələcəyini düşünən vətənpərvər insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanladılar. 91-lər kimi tarixə düşmüş xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələrinin “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir” tezliklə cavab gəldi və Ulu Öndər Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Azərbaycanın bütün regionlarından seçilmiş 550 nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Həmin tarixi gündən 30 il keçir. Bu keçən müddət ərzində Ulu Öndərin ideyaları ətrafında bütövləşən, inkişaf edən və müasirləşən YAP Azərbaycan tarixində qızıl hərflərlə böyük səhifələr yazdı.

YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra – oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ölkəmiz üçün ən ağır bir böhran şəraitində hakimiyyətə gələn Heydər Əliyev qısa bir zaman kəsiyində daxili və xarici siyaətdə fövqəladə dönüşə imza atdı. Respublikamızda əsil sabitlik yaradıldı, dövlətçilik prinsipləri inkişaf etdirildi, həmin dövrün labüdlüyünü və vacibliyini əsas götürərək cəbhədə atəşkəsə nail olundu. Ölkədə quruculuq işlərinə başlanıldı. Bir sözlə, Ulu Öndər əsil xilaskarləq missiyasını öz üzərinə götürərək Azərbaycanı düşdüyü bəlalardan xilas etdi.
Ulu Öndər özünün şah əsərini- müstəqil Azərbaycanı yaratdı və biz nəsillərə yadigar qoydu.
Bu gün müstəqil Azərbaycan Heydər Əliyev yolu ilə daha da irəliyə doğru mətin addımlarla yüksəlməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz gündən-günə çiçəklənir və inkişaf edir. Bu yüksəlişin mərkəzində Heydər Əliyev ideyaları, onun yaratdığı “dünənin, bu günün və sabahın partiyası” Yeni Azərbaycan Partiyası dayanıb.

Sevil Əliyeva

Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR