" />

“Türk dünyasının sayılıb-seçilən, nüfuzlu ziyalıları ilə yol getmək qürurvericidir”-TAİB-in GT üzvü Zərintac Mayisqızı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Gələcəyin etibarlı təminatı , dövlətçiliyin möhkəmlənməsi biz gənclərin əlindədir. Hər bir xalqın inkişafında sağlam, vətənpərvər gəncliyin mühüm rolu var. Və bu gün biz, gənclər bunu məsuliyyətlə dərk etməliyik”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in Gənclər Təşkilatının fəal üzvlərindən Zərintac Mayisqızı deyib.

O, bildirib ki, ölkənin gələcəyi üçün gənclər vətənpərvər, savadlı, kadr kimi yetişməsi, avanqard qüvvəyə çevrilməsi üçün ağsaqqal institutundan bəhrələnməli və vətəndaş cəmiyyətlərilə sıx təmasda olub, öz potensiallarını ortaya qoymalıdırlar.

“Gənclərin hərtərəfli inkişafı üçün dövlətimiz bizə hər cür şərait yaradıb. Gənclər hər bir sahədə öz bacarıqlarını göstərə bilirlər. Dövlət qayğısıyla əhatələnmiş gənclər də bu etimada layiq olmağa çalışırlar. Bu gün Bir Könüllü Proqramına minlərlə gənc qoşulub. Hər il biz könüllülər Bir Könüllü proqramı vasitəsilə fləşmobda vətənimizə aid möhtəşəm görüntülər yaradırıq. Vətənin aktiv gəncləri olmaq, gözəl işlər görmək qürurvericidir. Bu gün biz eyni zamanda TAİB-in də üzvləri sırasındayıq. Türk dünyasının sayılıb-seçilən nüfuzlu ziyalıları ilə yol getmək qürurvericidir. Türk Ağsaqqalları Birliyinin rəhbərliyinə gənclərə böyük meydan verdikləri üçün bir daha öz minnətdarlığımı bildirirəm. Həm dövlətimizin, həm də təşkilatımızın etimadını doğrultmağa çalışacağam”-deyə TAİB-in gənc üzvü vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR