TAİB-in üzvü, tanınmış şair Vahid Aslanı millət vəkili Qənirə Paşayeva yubileyi münasibəti ilə mükafatlandırdı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in üzvü, tanınmış şair Vahid Aslanı Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 50 illik yubileyi münasibəti ilə mükafatlandırdı

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist Vahid Aslanla görüşüb və onu 50 illik yubileyi münasibəti ilə təbrik edib.

Vahid Aslanın yaradıcılıq uğurları və planları ilə tanış olan, onunla ətraflı fikir mübadiləsi aparan Komitə sədri, ona yeni yaradıcılıq uğurları diləyib. Q.Paşayeva Vahid Aslanın 50 illik yubileyi münasibəti ilə ona Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib. Məktubda yubilyarın ədəbi fəaliyyəti, uğurları yığcam şəkildə vurğlanır:

“Hörmətli Vahid müəllim,

Sizi – tanınmış qələm dostumuzu 50 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz özünəməxsus etnoqrafik landşaftı, mədəni-mənəvi iqlimi olan, özəlliklə saz-söz ocaqlarından biri kimi tanınmış Gədəbəy elində doğulub, boya-başa çatmısız.

Fəaliyyətinizin ilk dövrlərindən paralel olaraq pedaqogika, jurnalistika və ədəbi yaradıcılıq sahəsində məhsuldar fəaliyyət göstərirsiz. Siz hələ 1993-1994-cü illərdə Gəncə televiziyasında fəaliyyət göstərmisiz və o vaxt döyüş bölgələrinə ezam olunan yaradıcı kollektivin tərkibində əsgərlərlə görüşlərdə iştirak edərək, yaddaqalan reportajlar hazırlamısız. Gün üzü görən kitab­larınıza və yaradıcılıq uğurlarınıza görə 2012-ci ilin may ayında Prezidentin Təqaüd Fondunun təqaüdçüsü olmusuz. Siz həmçinin bir sıra ictimai ədəbi ödüllərə layiq görülmüş, ölkə xaricində keçirilən bir neçə festivalda iştirak etmisiz. İndiyədək 9 kitab, 2 metodik vəsait, 3 monoqrafiya və 400-ə yaxın məqaləniz yayınlanıb. Rus dilindən bir sıra ədəbi tərcümələriniz var. Ssenariniz əsasında Azərbaycan Dövlət Radiosunda Qarabağın müdafiəsi uğrunda qəhrəmancasına həlak olmuş şəhid şairlər haqqında silsilə verilişlər efirə gedib. Özəlliklə, şəhid şair Nizami Aydına ithaf etdiyiniz poema oxucuların geniş marağına səbəb olub. “Riyaziyyat və poeziya” adlı kitabınız isə orta məktəblərdə riyaziyyat fənni üzrə tədbirlərin keçirilməsində metodik vəsait kimi isifadə olunur.

Sizi bütün uğurlarınız və əlamətdar yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!

Komitə sədri yubilyara xatirə hədiyyəsi bağışlayıb.

V.Aslan görüş və xoş sözlər üçün Q.Paşayevaya təşəkkür edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR