TAİB İdarə Heyətinin üzvü, tarixçi alim Sabir Tağıyev TURAN Elmlər Akademiyasının Akademiki seçilib və qurumun xüsusi medalları ilə təltif olunub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TURAN Elmlər Akademiyasından TAİB təmsilçisinin fəaliyyətinə yüksək qiymət

TAİB İdarə Heyətinin üzvü, tarixçi alim Sabir Tağıyev TURAN Elmlər Akademiyasının Akademiki seçilib və qurumun xüsusi medalları ilə təltif olunub

Türk Ağsaqqalları Birliyi – TAİB-in mərkəzi ofisində təşkilatın İdarə Heyətinin üzvləri və qonaqların iştirakı ilə tarixçi alim Sabir Tağıyevin TURAN Elmlər (TEA) Akademiyasının akademiki diplomu və TEA-nın xüsusi medalları ilə təltif olunması münasibəti ilə toplantı keçirilib.

Toplantıda iştirakçıların diqqətinə çatdırılıb ki, TAİB-in nümayəndə heyəti Özbəkistanda səfərdə olarkən Turan Elmlər Akademiyasının prezidenti, məşhur türkoloq alim Haydarbek Bababekovla görüşüblər. Görüşdə TAİB təmsilçilərinin diqqətinə çatdırılıb ki, təşkilatın İdarə Heyətinin üzvü, tarixçi alim Sabir Tağıyev Turan Elmlər Akademiyasının həqiqi üzvü seçilib və o, türk dünyası tarixinin, mədəni irsinin araşdırılması istiqamətində səmərəli fəaliyyətinə və türk dünyasının inkişafına verdiyi töhfələrə görə Akademiyanın xüsusi medalları ilə təltif olunub. TEA prezidenti Haydarbek Bababekov TAİB təmsilçilərindən xahiş edib ki, Sabir Tağıyevin akademik diplomu və medallarını Bakıda ona təqdim etsinlər. TAİB nümayəndə heyətinin üzvləri təşkilatın İdarə Heyətinin üzvü Sabir Tağıyevin fəaliyyətinə verilən yüksək qiymətə görə Haydarbek Bababekova öz təşəkkürlərini bildiriblər.

TAİB-in ofisində keçirilən toplantıda Sabir Tağıyevin çoxşaxəli fəaliyyəti, uğurlu elmi araşdırmalarından söhbət açılıb, onun müəllifi olduğu kitabların türk dünyası tarixinin və mədəni irsinin öyrənilməsində zəngin mənbə olduğu vurğulanıb. Çıxış edənlər Sabir Tağıyevin mədəni və dini abidələrlə bağlı apardığı araşdırmalara xüsusi diqqət yönəldiblər. TAİB təmsilçiləri Sabir Tağıyevi Turan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi və qurumun xüsusi medalları ilə təltif olunması münasibəti ilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu ediblər.

Çıxışlardan sonra TAİB sədrinin müavini Eyvaz Hünbətov Turan Elmlər Akademiyasının akademiki diplomunu, qurumun medallarını və müvafiq vəsiqələrini Sabir Tağıyevə təqdim edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR