“Ermənistanı çox sevirsinizsə, Marseli ermənilərə verin” – Eks səfirdən Fransaya təklif…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Hulusi Kılıç: “Bu qətnamə Fransa senatının erməni lobbisi tərəfindən satın alındığını göstərir”

“Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi tərəfli və cəhalətli qərarı pisləyirəm”.

Bunu Moderator.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə rəhbəri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç bildirib. Sabiq səfir qeyd edib ki, bu qətnamə Fransanın özünün zərərinə işləyir:

“Bu qərar Fransa Senatının erməni lobbisi tərəfindən satın alındığını göstərir. 44 günlük Vətən müharibəsi sırasında da Senat bənzər bir qərar almışdır. Biz Fransa kimi bir dövlətin nə qədər ucuz qərarlar ardınca qaçdığını görürük. Buna görə də Azərbaycan Mili Məclisinin aldığı qərarı alqışlayırıq.

Keçmişdə Fransa tərəfindən sözdə ermənilərə qarşı soyqırımın törədildiyi ilə bağlı absurd qərarlar alınmışdı. Bunun nə qədər yalan və iftira olduğunu hər kəs bilməlidir.

Yazıqlar olsun! Yazıqlar olsun ki, Qarabağdakı həqiqətləri bilmirsiz. Bilmirsinizsə, gəlin-görün, həqiqətlə yerindəcə tanış olun. Yazıqlar olsun ki, 28 il həmsədr olaraq bu bölgəyə gəlib-getdiniz və problemin həll olmaması üçün əlinizdən gələni etdiniz.

44 günlük Vətən müharibəsində də Fransa nə qədər tərəfli və ədalətsiz olduğunu göstərdi. Fransa cinayət başında yaxalandı. Ermənistanı çox sevirsinizsə Marseli ermənilərə verin. Hər gün bir-birinizi görün. Kim kimin torpaqlarını işğal edib? Azərbaycan öz torpaqlarını azad edib. BMT-nin 1992-1993-cü ildə aldığı 4 qətnaməni oxuyun. Bu qətnamələrdə Fransanın imzası var. İnsan bu qədərmi cahil olar?

Fransa Senatının aldığı qərar bir utanc qərarıdır. Bu qərarın heç bir keçərliliyi yoxdur. Bundan Fransa zərərli çxıacaq. Türkliyə hər zaman Azərbaycanın yanındadır və bundan sonra da yanında olacaq”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR