Bakıda Özbəkistanın “Xumo“ baleti təqdim edildi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan və Özbəkistan arasında genişlənən mədəni əlaqələr çərçivəsində Ə. Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Bakıya qastrol səfərindədir. Səfər çərçivəsində Daşkənd Teatrının sənətçiləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində iki tamaşa ilə çıxış edəcəklər.

Agsaqqallar.com Trend-ə istinadən xəbər verir ki, teatrın vokal və balet truppalarını, xor və simfonik orkestrini təmsil edən 179 nəfərlik yaradıcı heyətlə Bakıya gələn özbək həmkarlarımız noyabrın 16-da özbək bəstəkarı Ənvər Erqaşovun “Xumo” baletini təqdim etdi. Premyerası 2005-ci ildə baş tutan bu tamaşaya görə bəstəkar Ə.Erqaşov 2007-ci ildə Özbəkistanın I dərəcəli Dövlət mükafatına layiq görülmüşdür. Özbək milli baletinin ən dəyərli nümunələrindən biri olan bu tamaşada Xeyirlə Şərin mübarizəsi və sonda Xeyirin Şər qüvvələr üzərində qələbəsindən bəhs olunur. Sehirli quş – Xumo isə Xeyirxahlıq və Ədalət simvolu kimi bu mübarizəyə yardımçı olur.

Noyabrın 17-də isə Özbəkistanlı opera ustaları görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin ” Ruqoletto ” operasının tamaşası ilə çıxış edəcəklər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR