" />

İranın layihələri “düyünə düşəcək”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Çünki bu plan Rusiyanın da maraqlarına ziddir

Paşinyanın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbləri İran və Fransadır

“İran öz gələcəyini Azərbaycan və Türkiyənin təklif etdiyi regional əməkdaşlıq formatlarında deyil, Ermənistan və Fransa ilə birlikdə hərəkət etməkdə görür”

“Ermənistan və İran arasında əməkdaşlığın genişlənməsi Zəngəzur dəhlizi və yaxud, bizim dediyimiz kimi, Turan dəhlizinin reallaşma imkanlarını zəiflədir”. Bunu iranlı ekspert Ehsan Mohavedian deyib. Onun sözlərinə görə, Ermənistanla İran arasında “hərbi və ya siyasi ittifaq” yaranması ehtimalı haqda danışan ekspert bildirib ki, Tehran İrəvanla istənilən əməkdaşlığı alqışlayır, ancaq Ermənistan müstəqil ölkədir, bu qərarı özü verməlidir: “Birgə hərbi təlimlərin keçirilməsi və İranın hərbi təcrübəsinin Ermənistana ötürülməsi Tehran üçün arzulanan variantdır. Düşünürəm ki, biz mümkün qədər tez bir zamanda Şimal-Cənub dəhlizi proqramını tamamlamalıyıq.

Təəssüf ki, İran şirkətləri bunu növbəti ilin yazına planlaşdırır. Ermənistan və İran arasında iqtisadi, hərbi və kəşfiyyat sahələrində əməkdaşlığın artması Türkiyə, Azərbaycan, İsrail və Böyük Britaniyanın Zəngəzur dəhlizi, bizim təbirimizcə desək, Turan dəhlizinin yaranması imkanlarını aşağı salır”.

O, erməni mediasına açıqlamasında qeyd edib ki, İrəvan və Tehran mədəni və tibbi sahədə də əlaqələri genişləndirməlidir ki, Ermənistan mediasının Tehranda filialı yoxdur. Amma Tehranda Azərbaycan və Türkiyə ilə qarşılıqlı əlaqədə olan xəbər agentlikləri var: “Ermənistan mediası İran ictimaiyyəti ilə birbaşa danışmalıdır və regional hadisələr haqqında birinci əldən, aydın və doğru məlumat verməlidir. Bu halda Türkiyə və Azərbaycanın verdiyi dezinformasiyanın, təbliğatın iranlılara heç bir təsiri olmayacaq. Bu barədə vaxtaşırı danışıram, amma nədənsə, bu vacib məsələyə diqqət yetirilmir”.

İranlı ekspertin etiraflarını “Şərq”ə dəyərləndirən politoloq Turab Rzayev deyib ki, Zəngəzur məsələsində Ermənistanın mövqeyi və proseslərə yanaşması bəlli olsa da, İrəvan burada ən zəif bənddir. Analitikə görə, İrəvan hökuməti ətrafın, kənar güclərin ona zorla təklif etdiyi variantlardan hansısa birini seçməyə məhkumdur:

“Ermənistanın iki seçimi var, ya müttəfiqi bildiyi Rusiya başda olmaqla Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi layihəsinin reallaşmasına razılıq verməlidir. Yaxud da İranın, Fransanın, onların arxasında olan güclərin təzyiqi ilə “Şimal-Cənub dəhlizi” layihəsini gündəmdə saxlamaq üçün Zəngəzur dəhlizinə qarşı çıxacaq. Hazırda Paşinyanın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbləri İran və Fransadır. İranın mövqeyi isə birbaşa anti-Türkiyə və anti-Azərbaycandır. Tehran açıq şəkildə ifadə edir ki, Zəngəzur dəhlizinə qarşı çıxmasının əsas səbəbi Azərbaycan və Türkiyə arasında quru əlaqəsinin yaranmasıdır. Bunu nəinki etiraf edirlər, üstəlik rəsmi Bakını da hədələyirlər ki, əgər Azərbaycan Zəngəzur dəhlizinin reallaşmasına nail olarsa, Ermənistan “sərhədləri dəyişərsə”, İran hərbi əməliyyatlara başlaya bilər. İran öz gələcəyini Azərbaycan və Türkiyənin təklif etdiyi regional əməkdaşlıq formatlarında deyil, Ermənistan və Fransa ilə birlikdə hərəkət etməkdə görür”.

T.Rzayevə görə, İran Ermənistan ərazisini Qara dənizə və oradan Avropaya çıxış imkanı kimi dəyərləndirir:

“Alternativ kimi Şimal-Cənub dəhlizinin inkişaf etdirilməsi, Hindistandan gələn malların İran və Ermənistan üzərindən Gürcüstana, Qara dənizə çatdırılması üzərində işləyir. Həmçinin, enerji resurslarının da Ermənistan üzərindən çıxarılmasını planlayır. Təbii ki, bunlar Türkiyə və Azərbaycanın maraqlarına cavab vermir. Heç Rusiyanın da maraqlarına uyğun gəlmir. Ona görə Moskva da Tehranın layihələrinə qarşı çıxacaq və reallaşmasına imkan verməyəcək”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR