TAİB-in üzvü, tanınmış jurnalist Vüqar Ağayev: “Tokiodan təşkilatımızın gördüyü işləri addım-addım izləyir, qürurlanıram”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Təşkilatımızın Özbəkistan səfərini də sosial şəbəkələrdən addım-addım izlədim. Ümumiyyətlə, Türk Ağsaqqalları Birliyi yarandığı az müddətdə böyük səs yaratdı. Böyük də işlər gördü. Təsisçinin, sədr və həmsədrin təşkilatı düzgün istiqamətləndirməsi onun Türk dünyasında sevilməsinə, kök atmasına səbəb oldu”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in Tokiodakı üzvü, dəyərli həmvətənlimiz, tanınmış jurnalist Vüqar Ağayev deyib.

Təşkilatın türkdilli ölkələrdə və daxildə keçirdiyi konfransları təqdir etdiyini bildirən TAİB üzvü fəaliyyətinin əhatə olunduğu Yaponiya bürosu ilə yanaşı, Avstraliya, İndoneziya, Malaziya, Filippin və Papua-Yeni Qvineya kimi ölkələrdə yaşayan türk əsillilərə təşkilat barədə məlumat verdiyini bildirib.

“ Təşkilatımızda bu ölkələrdə yaşayan tanınmış türkdilli ziyalıların, türkoloq və türksevərlərin təmsil olunması gücümüzün artması deməkdir. Biz, türk birliyinin inkişafı naminə bütün labüd imkanlardan istifadə etməliyik. Harada olmağımızdan asılı olmayaraq, həm ölkə başçımıza, həm də türk birliyinin inkişafına vətəndaş cəmiyyəti olaraq dəstəyimizi verməliyik ”-deyən V. Ağayev Yaponiyada yaşayan, TAİB-in İdarə Heyətinin üzvü, dünyanın tanınmış alimi Xəlil Kələntərlinin də salamlarını yetirib.

Qeyd edək ki, hər iki ziyalı TAİB-in ilk üzvlərindəndirlər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR