" />

Rusiya bütün işğal olunmuş əraziləri tərk etməlidir – Valeri Zalujnı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ukrayna Silahlı Qüvvələri heç bir danışıqları, razılaşmaları və ya kompromis həll yollarını qəbul etməyəcək”

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli ilə telefon danışığı zamanı deyib.

“Mən Millini əmin etdim ki, gücümüz çatdıqca mübarizə aparacağıq. Məqsədimiz bütün Ukrayna torpaqlarını rus işğalından azad etməkdir. Biz heç bir şəraitdə bu yolda dayanmayacağıq. Ukrayna ordusu heç bir danışıqları, razılaşmaları və ya kompromis həll yollarını qəbul etməyəcək. Danışıqlar üçün yalnız bir şərt var – Rusiya bütün işğal olunmuş əraziləri tərk etməlidir”, – deyə Zalujnı bildirib.

Zalujni Milliyə əməliyyat vəziyyəti və Müdafiə Qüvvələrinin prioritet ehtiyacları barədə məlumat verib, cəbhədə vəziyyətin sabit və nəzarət altında olduğunu deyib.

“Ukrayna Müdafiə Qüvvələri Xarkov istiqamətində hücum əməliyyatlarını davam etdirir. Xerson istiqamətində isə Ukrayna qoşunları sabitləşdirmə tədbirləri həyata keçirir və müdafiə xətlərini gücləndirir”, – deyə Zalujni qeyd edib.

Daşqın Həsənov

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR